Ağıllı telefonlar artıq həyatımızın böyük bir hissəsini əhatə edir. Tez-tez istifadə edilən telefonların ekranında yaranan cızıqlar isə silinməz hesab edildiyinə görə narahatlıq yaradır.
Milli.Az xəbər verir ki, bəzi təbii üsullar vasitəsilə telefon ekranındakı cızıqlardan cəmi bir neçə dəqiqəyə xilas olmaq mümkündür:
Qarğıdalı nişastası: Qarğıdalı nişastası ilə suyu bərabər miqdarda qarışdıraraq qalın bir məhlul hazırlayın. Bu məhlulu mikrofiber parça ilə ekranın üzərinə dairəvi hərəkətlərlə tətbiq edin. Nişasta səthdəki incə cızıqları dolduraraq ekranın daha hamar görünməsini təmin edir. Sonda ekranı təmiz, quru bir parça ilə silin.
Zeytun yağı və ya kokos yağı: Təbii yağlar, xüsusilə nazik cızıqları müvəqqəti şəkildə dolduraraq ekranın daha parlaq görünməsinə kömək edir. Təmiz mikrofiber parçaya bir damla yağ damladın və ekranı yumşaq hərəkətlərlə silin. Artıq yağı quru bir bezlə mütləq təmizləyin. Bu üsul müvəqqəti parlaqlıq yaradır, lakin daimi effekt vermir.
Soda (natrium bikarbonat) və su: Soda ilə suyu qarışdıraraq məcun konsistensiyalı qarışım hazırlayın. Bu məhlulu yumşaq bir parça ilə cızıq olan hissəyə yüngülcə çəkin. Soda səthdəki xırda pürüzləri aradan qaldıraraq ekranın daha hamar görünməsini təmin edir. Bunu etdikdən sonra ekranı nəm parça ilə silin və tam qurudun.
Diş məcunu: Ağ və dənəsiz diş məcunu ekran üzərindəki mikro cızıqları doldurmağa kömək edir. Yumşaq mikrofiber parçaya noxud böyüklüyündə diş məcunu töküb, ekranı 1-2 dəqiqə ərzində dairəvi hərəkətlərlə yüngülcə silin. Ardınca nəm parça ilə təmizləyib quru parça ilə qurulayın. Bu üsul xırda səthi cızıqlarda müvəqqəti parlaqlıq yaradır.
Mina Mikayılova
Milli.Az