İlkin Əhmədov: "Biz sevinirik ki, oxuduğumuz muğamlar azərbaycanlılarla yanaşı, dünya xalqlarının da zövqünü oxşayır"

31 İyul 2012 17:53
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə davam edən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən muğam axşamının iştirakçısı, I Respublika muğam müsabiqəsinin mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti İlkin Əhmədov AzərTAc-a müsahibəsində muğamdan aldığı zövqü heç bir musiqidən ala bilmədiyini söyləmişdir.

Muğamlarımızı uşaqlıqdan çox sevdiyini deyən gənc xanəndə Azərbaycan musiqisinin muğamat üstündə qurulduğunu bildirmişdir. "Biz sevinirik ki, oxuduğumuz muğamlar azərbaycanlılarla yanaşı, dünya xalqlarının da zövqünü oxşayır. Muğama dövlət qayğısı, xüsusilə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın bu sahədə təşəbbüsləri, muğamımızı dünyada təbliğ etmək üçün gördüyü işlər göz qabağındadır. Məlumdur ki, xalqımız muğamı çox sevir və zövq alaraq dinləyir. Biz Qəbələdə keçirilən muğam axşamında bunun bir daha şahidi olduq. Biz təşkilatçılara və muğamsevərlərə minnətdarlığımızı bildiririk".

Milli.Az