Müğənni Cəmilə mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı etiraf edib.
Milli.Az xəbər verir ki, sənətçi mərhum müğənninin yuxusuna gələrək ona tacını bağışladığını bildirib.
Cəmilə açıqlamasında bunları deyib:
"Biz İlhamə Quliyeva ilə çox yaxın idik. Tez-tez eyni tədbirlərdə, verilişlərdə bir yerdə olurduq. Bir gün onu yuxumda gördüm. Mənə öz tacını uzadıb dedi ki, 'Bunu sən başına tax, bu tac sənə yaraşar'. Elə həmin anda yuxudan oyandım".
Müğənninin bu sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən geniş müzakirə olunub.
Musa
Milli.Az