Vaan Kerobyan saxlanıldı

7 Noyabr 2025 17:10

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Onun qardaşı Avetik Kerobyan eks-nazirin evində axtarış aparıldığını qeyd edib.

Avetik Kerobyan iddia edir ki, qardaşının evində axtarış aparılmasının onun qardaşının vəzifədə qalması ilə heç bir əlaqəsi yoxdur. 

Milli.Az