İndoneziyada Cümə namazı zamanı partlayış - 54 nəfər xəsarət alıb

7 Noyabr 2025 13:39

İndoneziyanın paytaxtı Cakartada yerləşən bir məktəb kompleksinin ərazisindəki məsciddə güclü partlayış baş verib.

Milli.Az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 54 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayış cümə namazı zamanı, məsciddə çoxsaylı insanın olduğu vaxt baş verib.

Hazırda hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Kənan
Milli.Az