Səhər yeyilən bu yemək başdan ayağa "zəhər"dir

7 Noyabr 2025 20:00

Rusiyalı həkim ən zərərli səhər yeməyini açıqlayıb.

Milli.Az xəbər verir ki, endokrinoloq Maksim Kuznetsov səhər yeməyi üçün ən zərərli variantın hansı olduğunu açıqlayıb.

Həkimin sözlərinə görə, səhər yeməyində bir neçə növ yağ mənbəyinin olması sağlamlığa ciddi zərər vurur. O, buna misal kimi yağda bişirilmiş yumurta və bekon kimi yeməkləri göstərib.

Kuznetsov bildirib ki, belə yemək "tam bir yağ boşqabıdır" və bu, xolesterinin yüksəlməsinə, həmçinin ürək-damar sisteminə artıq yük düşməsinə səbəb olur.

"Səhər yeməyində yalnız bir yağ mənbəyi olmalıdır. Yeməyə tərəvəzlər və qara çörək əlavə etmək isə daha sağlam seçim sayılır", - o fikrini yekunlaşdırıb.

İsmayıl
Milli.Az