Şahbaz Şərif Azərbaycana gəlir

7 Noyabr 2025 11:11

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər proqramı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Gününün beşinci ildönümü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.

Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək.

Milli.Az