GTA VI-nın çıxışı yenidən təxirə salınıb.
Milli.Az xəbər verir ki, "Rockstar Games" "Grand Theft Auto VI" oyununun buraxılış tarixini yenidən dəyişib.
Yeni məlumata görə, oyun 2026-cı il noyabrın 19-da satışa çıxarılacaq.
Şirkətin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, əlavə vaxt layihənin keyfiyyətini daha da artırmaq üçün sərf olunacaq. "Uzun gözləntiyə görə üzr istəyirik, lakin bu əlavə aylar oyunu mükəmməl səviyyəyə çatdırmağa imkan verəcək", - deyə məlumatda qeyd olunub.
Əvvəlcə GTA VI-nın 2026-cı il mayın 26-da PlayStation 5 və Xbox Series konsolları üçün buraxılması planlaşdırılırdı. Oyunların PC versiyası barədə isə hələ rəsmi məlumat yoxdur.
Xatırladaq ki, noyabrın əvvəlində Rockstar Games şirkətində azı otuz əməkdaş işdən azad edilib. Bildirilir ki, bu addım onların həmkarlar ittifaqı yaratmaq cəhdləri ilə bağlı olub. Şirkətin nümayəndələri isə ixtisarları "ciddi daxili pozuntular"la izah ediblər.
İsmayıl
Milli.Az