Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq öldü

7 Noyabr 2025 09:55

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə Biləsuvar rayonunun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.

Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az