Braziliyalı sosial media fenomeni "Canlı Barbi" ləqəbi ilə tanınan Barbara Yankavski San-Pauluda yerləşən mənzilində ölü tapılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə bazar günü baş verib.
Hadisə zamanı evdə olan bir kişi Barbaranın hərəkətsiz qaldığını görərək təcili yardım çağırıb. Bildirilir ki, təcili yardım əməkdaşları ona doqquz dəqiqə ərzində müdaxilə etsələr də , həyatını xilas etmək mümkün olmayıb.
Barbara Yankavskinin ölüm səbəbi ilə bağlı rəsmi tibbi açıqlama hələ verilməyib. Hadisə ilə bağlı araşdırma başlayıb.
Qeyd edək ki, Yankavskinin TikTok platformasında 344 mindən çox izləyicisi var idi. O, sosial şəbəkələrdə keçirdiyi kosmetik əməliyyatlar və özünəməxsus həyat tərzi ilə tanınırdı.
Fidan
Milli.Az