"Məni öldürmək istəyirlər"

7 Noyabr 2025 13:00

Məşhur televiziya ulduzu Kim Kardaşyan yeni bölümdə etdiyi etirafla izləyiciləri heyrətləndirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kardaşyan kiminsə onu öldürmək üçün plan qurduğunu öyrəndiyini açıqlayıb.

"Sui-qəsd planı barədə mənə həbsxanada dedilər. Bildirdilər ki, kiminsə mənim ölümümü sifariş etdiyini eşidiblər", - deyə o bildirib.

Sosialite həmçinin keçirdiyi güclü stressin nəticəsində kiçik beyin anevrizması yaşadığını da etiraf edib.

"Mən Cedars-Sinai Xəstəxanasında bir neçə beyin müayinəsindən keçdim. Sağlamlıq hər şeydən önəmlidir, həyatınızdakı hər addımda diqqətli olmalısınız", - deyə Kim Kardaşyan vurğulayıb.

Musa
Milli.Az