"Həyat yoldaşım sevmədiyi üçün bunu etmirəm"

7 Noyabr 2025 08:08

"Hələ əməliyyat düşünmürəm. Kosmetoloji prosedurlara gedirəm. Aparatlarla üzümə qulluq edilir. Botoksuz olmaz, üzüm düşər. Amma əndazədən çıxmadan. Qırış yarananda onların qarşısını almağa çalışıram".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaqcanlı" verilişində danışıb. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovdan danışıb. O, bildirib ki, həyat yoldaşının bəyənmədiyi heç nəyi etmir: 

"Özüm də sevmirəm, amma həyat yoldaşım da bəyənmir. Süniliyi sevmir. Amma heç qadağa qoymur. Çalışıram onun sevmədiyi nəyisə etməyim. Tək kosmetoloji prosedurda yox, hər şeydə. Hər ailənin öz qaydası, ailə başçısı var. Son söz onundur. Qadın da öz yerini bilməlidir. Yoxsa 20 illik birlikdəlik olmazdı".

Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün 4 övladı var.  (Axşam.az)

Milli.Az