Qəddafinin oğlu həbsdən azad edildi

7 Noyabr 2025 00:05

Liviyanın Milli Birlik Hökuməti 6 noyabr tarixində 2015-ci ildə Beyrutda həbs edilən ölkənin sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibalın azadlığa buraxıldığını elan edib.

Milli.Az xəbər verir ki, bu barədə "Livan 24" xəbər portalı məlumat yayıb.

"Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1969-2011) oğlu Hannibal Qəddafini həbsdən azad etdi və ona tətbiq edilən səfər qadağasını ləğv etdi", - məlumatda deyilir.

Livan məhkəməsi Hənnibal Qəddafini əvvəlcədən müəyyən edilmiş 11 milyon dollarlıq girovu ödəməkdən azad edib. (APA)

Milli.Az