Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova haqqında açıqlama verib.
Milli.Az xəbər verir ki, xalq artisti "Çərçivədən kənar" verilişində ailəsi ilə bağlı həqiqətləri açıqlayıb.
O, Səidə Dadaşovanın əri tərəfindən zorakılığa məruz qaldığını bildirib. "Səidə o qədər düzgün, yaxşı qızdır ki... Səidə efirdə deyir ki, anam mənim evimə gəlmir, uşağımı görmək istəmir. Anası Səidəyə zəng vurub deyib ki, sənə bujiteriya almışam. Əri də zən edərək, "Əgər bizə gəlsən sənin ayaqlarını qıraram", deyib. Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?
Məsələ əndazədən çıxdığına görə bunları açıqlayıram. Səidə indi ağlayır, gözyaşlarının səbəbi odur ki, ərim dediyi adam 2 ay əvvəl onun qabırğalarını sındırıb. Səidə də atasının 50 illik dostuna zəng edib ki, 102-yə zəng etdim, gəldi yenə məni döydü, məni bunun əlindən alan yoxdur. Səidə məcbur qalıb deyib ki, stuldan yıxılmışam.
Əgər Səidənin başından bir tük əskik olsa, səs yazıları əlimdədir, onu öyrədib televiziya çıxarıb, Dadaşovların adını hallandırsanız, mən hökumətimizə ərizə yazacağam" deyə Brilliant Dadaşova qeyd edib.
Lalə Qüdrətova
Milli.Az