İslamabadda binalar bayrağımızın rənglərinə boyandı

6 Noyabr 2025 21:35

Pakistanın paytaxtı İslamabadda müxtəlif binalar 8 Noyabr - Zəfər günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz "X" hesabında paylaşım edib.

İslabaddakı binalar, o cümlədən Pakistan Baş Nazirinin Ofisi, Parlament və Ali Məhkəmə, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Milli.Az