“4-0 olacaq” demişdi... - VİDEO

6 Noyabr 2025 19:46

Türkiyəli idman jurnalisti UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşmasının nəticəsi ilə bağlı Bakıda azarkeşlərin təxminlərini soruşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rəqib komandanın azarkeşi suala 2017-ci ildəki nəticənin bənzəri olacaq deyə cavab verib.

Dünən baş tutan matçın yekun nəticəsi ilə "Çelsi" azarkeşinin üst-üstə düşməyən cavabı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 2017-2018 UEFA Çempionlar Liqası mövsümündə "Qarabağ" və "Çelsi" iki dəfə üz-üzə gəlib. Londonda baş tutan ilk oyundan "Qarabağ" 6:0, Bakıda isə 0:4 hesabı ilə məğlub ayrılıb.

Dünənki matçda isə Azərbaycan təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib.

Milli.Az