Fransa millisinin futbolçusu Orelyen Çuameni Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhləsinin oyununda iştirak etməyəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin zədələnməsi səbəb olub.
İspaniyanın "Real" klubunda çıxış edən oyunçu üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Çuameni La Liqada 11, UEFA Çempionlar Liqasında 4 matçda iştirak edib.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da keçiriləcək.
Milli.Az