Onları aldatmaq mümkünsüzdür - Ən ağıllı BÜRC

7 Noyabr 2025 05:05

Astrologiyaya görə hər bürcün özünəməxsus bir zəka parıltısı var: Dolçanın uzaqgörənliyi, Qızın analitik gücü, Əqrəbin dərin intuiziyası... Lakin söhbət saf zehni sürətdən, ani düşüncə və vəziyyət analizindən gedəndə bir bürc digərlərindən aydın şəkildə fərqlənir.

Milli.Az xəbər verir ki, bu bürc əkizlərdir.

Çünki onların beyni Zodiakda heç bir bürcün beyninə bənzəmir. Əkizlər bürcünü idarə edən planet Merkuri - yəni ünsiyyətin, sürətin və zəkânın planetidir. Bu da Əkizlərə sanki "iki nüvəli prosessor" bəxş edir. Onların beyni fasiləsiz şəkildə məlumat axtarır, təhlil edir və yadda saxlayır.

Siz onlara sual verəndə, onlar təkcə cavabı düşünmürlər - eyni zamanda üç fərqli cavab variantını, mümkünsə qarşı sualları və hətta mövzunun fəlsəfi tərəflərini də analiz edirlər. Zihni o qədər sürətlidir ki, ətraflarındakı insanlar onlara çox zaman "yavaş" gəlir. Buna görə də tez darıxırlar və daima yeni intellektual stimula ehtiyac duyurlar.

Onları aldatmaq demək olar ki, mümkünsüzdür. Əkizlərin "ikili" təbiəti onlara xüsusi bir qabiliyyət verir - hər vəziyyətin iki tərəfini eyni anda görmək.

Fidan
Milli.Az