Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Əbədi Qardaşlıq” adlı konsert proqramı keçiriləcək - VİDEO

6 Noyabr 2025 16:57

7 noyabr saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş "Əbədi Qardaşlıq" adlı konsert proqramı keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Konsertin xüsusi qonaqları qismində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi çıxış edəcək. Tədbir, həmçinin Azərbaycan sənətkarlarının iştirakı ilə həyata keçiriləcək.

Zəfər ruhunu və Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən bu tədbir tamaşaçılara yaddaqalan musiqi axşamı bəxş edəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az