İsrail naziri Nyu-Yorkdakı yəhudiləri şəhəri tərk etməyə çağırıb.
Milli.Az xəbər verir ki, İsrailin diaspor rəhbəri Amixay Şikli Nyu-York meri seçkilərində müsəlman demokrat Zöhran Mamdaninin qalib gəlməsindən sonra şəhərdəki yəhudilərə müraciət edib.
Nazir sosial şəbəkə X-də paylaşımında yəhudiləri Nyu-Yorku tərk edib İsraili özlərinə yeni ev seçməyə çağırıb.
Şikli Mamdanini HƏMAS-ı dəstəkləməkdə ittiham edib və Nyu-Yorkun artıq əvvəlki kimi olmayacağını bildirib. Onun sözlərinə görə, şəhər azadlıq rəmzi statusunu itirib və "hakimiyyətin açarlarını Fələstin hərəkatının tərəfdarına verib". Nazir əlavə edib ki, Nyu-York "uçuruma doğru gedir".
Qeyd edək ki, Nyu-Yorkda təxminən 1,3 milyon yəhudi yaşayır.
Oktyabrın sonunda ABŞ hökuməti Qəzza zolağında İsrail ordusunun insan haqlarını pozmuş ola biləcəyini etiraf edən hesabat yayıb. Hesabatda yüzlərlə belə hadisənin araşdırılması üçün Dövlət Departamentinə bir neçə il lazım olacağı bildirilir.
İsmayıl
Milli.Az