Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, hazırda erməni apostol kilsəsində "katolikos yoxdur".
"Əgər Ktriç Nersisyanın övladı varsa və bu uşaq onun subaylıq andından sonra dünyaya gəlibsə, necə ola bilər ki, həmin şəxs bütün ermənilərin katolikosu adlansın? Niyə Ermənistanda bu barədə sual qaldırılmır? Ktriç Nersisyan katolikos deyil," - deyə Paşinyan vurğulayıb.
Milli.Az xəbər verir ki, Baş nazirin açıqlamaları bununla bitməyib. O, katolikos II Qareginin qardaşı, arxiyepiskop Ezras Nersisyanın Sovet dövründən bəri KQB-yə işlədiyini iddia edib.
"Dərc edilmiş sənədlər onun Sovet İttifaqı dövründə KQB agenti kimi fəaliyyət göstərdiyini sübut edir və bu, faktdır," - deyə Paşinyan bildirib.
O əlavə edib ki, bu iddialarla bağlı nə katolikos II Qaregindən, nə də onun qardaşından hər hansı izahat gözlənilmir.
Qeyd edək ki, Ezras Nersisyan hazırda Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasına rəhbərlik edir. Rusiya Prezidenti Vladimir Putin iki gün əvvəl onu ordenlə təltif etmişdi.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası II Qareginin qardaşı Gevork Nersisyan və onun oğlu Ambarcum Nersisyanın həbs edildiyini xəbər vermişdi.
İsmayıl
Milli.Az