2-ci dəfə evlənən ərinin xanımını rəqs edib qarşıladı - VİDEO

6 Noyabr 2025 14:30

Dağıstanda birinci arvadın ikinci arvadı toyda qarşılaması gündəm olub.

Milli.Az xəbər verir ki, ikinci dəfə ailə quran kişinin toyundan yayılan görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Kadrlarda kişinin birinci həyat yoldaşının toy mərasimində rəqs edərək ərinin ikinci xanımını qarşılaması əks olunub.

Məlumata görə, iki həftə əvvəl övlad dünyaya gətirən qadın bu davranışı ilə sosial mediada böyük maraq doğurub.

Bildirilir ki, həyat yoldaşı ona bu jestinə görə külli miqdarda pul mükafatı verib.

Musa
Milli.Az