Sahibkarlar üçün yenilik

6 Noyabr 2025 12:24

"Sosial sığorta haqqında" qanuna dəyişikliklər layihəsi sosial sığorta sisteminin daha ədalətli və şəffaf şəkildə formalaşdırılmasını, həmçinin sahibkarlıq fəaliyyətinin təşviqini hədəfləyir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Orxan Nəzərli bildirib ki, layihə fərdi sahibkarların və müxtəlif fəaliyyət növləri üzrə sığortaedənlərin sosial sığorta öhdəliklərini optimallaşdırmaqla, dövlətin sosial müdafiə mexanizmlərini gücləndirməyə xidmət edir: "Yeni modeldə sosial sığorta haqqının dövriyyədən hesablanması prinsipinə əsaslanmaqla minimum və maksimum hədlər müəyyən olunur ki, bu da həm yığım risklərinin qarşısını alır, həm də dövlətin gələcək maliyyə öhdəliklərinin balanslaşdırılmasına imkan yaradır".

Milli.Az