Oskar mükafatlı aktyor Ser Entoni Hopkins bu ilin əvvəlində Kaliforniyada baş verən dağıdıcı meşə yanğınlarında məhv olan əmlakını satışa çıxarıb.
Milli.Az xəbər verir ki, 87 yaşlı sənətçinin Los-Ancelesdə yerləşən iki bitişik torpaq sahəsini 6,4 milyon dollara (təxminən 5,1 milyon funt sterlinqə) satmaq istədiyi bildirilir.
Hopkins həmin ərazini 2018 və 2019-cu illərdə ümumilikdə 12,6 milyon dollara almışdı.
Qeyd edək ki, bu, aktyorun mülkiyyətinin yanğın təhlükəsi ilə üzləşdiyi ilk hal deyil. 2018-ci ilin noyabrında Malibu şəhərindəki evi demək olar ki, yanğın nəticəsində məhv olmuş, 2000-ci ildə isə Londondakı əmlakını itirmişdi.
Milli.Az