Erlinq Holanndan Çempionlar Liqasında REKORD

6 Noyabr 2025 11:41

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann Çempionlar Liqası tarixində üç fərqli klubda ardıcıl beş oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Milli.Az xəbər verir ki, ulduz forvard turnirin 4-cü turunda "Borussiya Dortmund"a qarşı keçirilən görüşdə fərqlənərək komandasının 4:1 hesablı qələbəsinə töhfə verib və ardıcıl beş oyunluq qol seriyasını davam etdirib.

Holann daha əvvəl bu uğura "RB Zalsburq" (2019/2020) və "Borussiya Dortmund" (2020/2021) klublarının heyətində də nail olub.

2022-ci ildən "Mançester Siti"nin formasını geyinən 24 yaşlı futbolçunun klubla müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. O, cari mövsümdə 18 oyuna çıxaraq 21 qol vurub və 2 asistlə yadda qalıb.

Tural
Milli.Az