Türkiyədə klub prezidenti və 3 hakim saxlanıldı

10 Noyabr 2025 19:25

Türkiyənin "Eyüpspor" futbol komandasının prezidenti və üç hakim həbs edilib.

Milli.Az xəbər verir ki, klub prezidenti Murat Özkaya və üç futbol hakimi "qumar" iddiaları ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda araşdırma davam edir və işin bütün təfərrüatları öyrənilir.

Qeyd edək ki, müvafiq orqanlar tərəfindən aparılan istintaq nəticəsində məsul şəxslərin hüquqi məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.

İsmayıl
Milli.Az