Sumqayıtda dəmir yolundan rels oğurlayanlar saxlanıldı

5 Noyabr 2025 18:56

Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sumqayıt şəhərində dəmiryol stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar - 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az