Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xaçmazda 17 yaşlı oğul 42 yaşlı anasını bıçaqlayaraq qətlə yetirib.
Ana və oğulun fotoları bu gün "Space TV"də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl danış" verilişində nümayiş etdirilib.
Qeyd edək ki, yeniyetmə anası Həqiqət Məmmədovanı qısqanclıq zəminində öldürüb. Məlumata görə, qadının ikinci telefonu olub və bu məsələ qətlin baş verməsinə səbəb kimi göstərilib.
Şəkillərdən sonra verilişdə hadisənin başvermə səbəbləri xeyli müzakirə edilib.
Milli.Az metbuat.az-a istinadla oğlu tərəfindən qətlə yetirilən ananın və yeniyetmənin fotolarını təqdim edir:
Milli.Az