Sürət həddi endirilmişdi, bərpa edildi

5 Noyabr 2025 15:50

Zığ dairəsində yağışlı endirilən sürət həddi bərpa edilib.

Bu barədə Milli.Az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Xatırladaq ki, sürət həddi dünən endirilmişdi.

Milli.Az