Yadigar Muradovun vəziyyəti ağırdır

5 Noyabr 2025 15:39

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, əməkdar artistin vəziyyəti ağır olaraq qalır. 

Qeyd olunub ki, onun müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam edir.

Xatırladaq ki, Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.

Mina Mikayılova
Milli.Az