“Kızılcık Şerbeti”ndə 4 yeni aktyor - FOTO

5 Noyabr 2025 15:00

Türkiyənin "Show TV" kanalında yayımlanan məşhur "Kızılcık Şerbeti" serialının aktyor heyətində böyük dəyişiklik gözlənilir.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, serialda rol alan Sıla Türkoğlu, Ece İrtem, Emrah Altıntoprak və Batuhan Yüzgüleç ekran işindən ayrılacaq.

Növbəti bölümdən etibarən onları yeni aktyorlar əvəz edəcək. Ötən seriyada Hikmət obrazını canlandıran Macit Köper də seriala vida edib.

Yeni bölümlərdə tamaşaçılar Seray Kaya, Hakan Karahan, Özge Borak və Yalçın Hafizoğlu kimi tanınmış simaları izləyəcəklər.

Milli.Az