Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi

9 Noyabr 2025 18:45

Pakistan Baş naziri Şahbaz Şərif baş nazirin toxunulmazlığı ilə bağlı qanun layihəsinin ləğvini tələb edib.

Milli.Az xəbər verir ki, Şərif bu barədə sosial şəbəkədə açıqlama verib. O bildirib ki, Azərbaycandan qayıtdıqdan sonra bəzi senatorların Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim etdiyini öyrənib və layihənin dərhal geri götürülməsini tapşırıb.

"Prinsipcə Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır", - deyə Şahbaz Şərif vurğulayıb.

Qeyd edək ki, Şahbaz Şərif ötən gün Bakıda keçirilmiş hərbi paradda iştirak edib.

İsmayıl
Milli.Az