Bu gün Bakıda "XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Milli.Az xəbər verir ki, konfrans Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi və Türkiyə İstanbul Universiteti Hüquq Fakültəsi tərəfindən birgə təşkil edilib.
Tədbir "2025 - Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli" çərçivəsində baş tutur.
Milli.Az