İnanmaq çətindir - Ronaldo sahib olduğu avtomobillərin sayını açıqladı

5 Noyabr 2025 00:37

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo gələcəyi və şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ona ünvanlanan "Neçə avtomobiliniz var?" sualına Ronaldo belə cavab verib: "Neçə maşınım olduğunu dəqiq bilmirəm. Son dəfə sayanda təxminən 41 idi."

Ronaldo həmçinin "Sənə məxsus olan ən bahalı əşya nədir?" sualına da cavab verib:

"Deyəsən, təyyarəmdir," - deyə o, bildirib.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 40 yaşlı futbolçu, karyerasının sonu ilə bağlı da danışıb:

"Təqaüdüm yaxınlaşır. Bu, mənim üçün çətin olacaq. Yəqin ki, ağlayacağam."

Kriştiano Ronaldo karyerasında qazanmamağına baxmayaraq arzuladığı Dünya Kuboku barədə də fikir bildirib:

"Tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün bir Dünya Kuboku kifayətdirmi? Axı bu, cəmi 6-7 oyunluq turnirdir. Sizcə, bu ədalətlidirmi?"

Ronaldo hazırda həm meydandakı performansı, həm də sərvəti ilə dünyanın ən çox danışılan futbolçularından biri olmağa davam edir.

Lalə Qüdrətova
Milli.Az