Vüqar Hüseynova ağır itki - FOTO

4 Noyabr 2025 22:32

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynova ağır itki üz verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Hüseynovun 39 yaşlı qardaşı Ayxan Hüseynov vəfat edib.

Məlumata görə, o, sabah Gəncədəki İmamzadə qəbiristanlığında dəfn olunacaq.

Yas mərasimi isə mərhumun ata evində keçiriləcək.

Milli.Az