"Altın kelebek" ləğv edildi

4 Noyabr 2025 22:11

Bu il 7 dekabr tarixində keçirilməsi planlaşdırılan "Pantene Altın Kelebek" mükafat mərasimi gözlənilmədən ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Nurlan Zaliyev məlumat yayıb.

O, bildirib ki, illərdir Türkiyə televiziya və musiqi dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan bu mərasimin bu dəfə baş tutmamasının səbəbi sponsor dəstəyinin geri çəkilməsi və yaranan maliyyə böhranı olub.

Yarım əsrdir sənət aləminin nəbzini tutan "Altın Kelebek"in ləğvi sənət dünyasında və tamaşaçılar arasında böyük təəccüb yaradıb. Mərasimin gələn il keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimində illərdir yerli sənətçilərimiz də iştirak edirdilər. (Axşam.az)

Milli.Az