Pərvinin külli miqdarda pulu OĞURLANDI

4 Noyabr 2025 17:42

Aktrisa Pərvin Abıyeva Türkiyədə başına iş gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin "Altın kelebek" ərəfəsində pulqabının oğurlanıb.

"Çox məşhur sima orada idi. Türkiyə şəhid verdi və tədbir ləğv olundu. Bizə dedilər ki, filan restoranda olun. Alış-veriş edib, özümə bahalı, məhdud kolleksiya olan pulqabı almışdım. Bank kartlarım, pullarım, şəxsiyyət vəsiqəm və Türkiyədə yaşama icazəm olan kartım var idi. Pulqabım oğurlandı, tapılmadı. Nə pul, nə sənədlər tapıldı. İçində 9 min lirə, 5 min dollar var idi. Pulqabım isə 2700 dollar idi".

Milli.Az