Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib

4 Noyabr 2025 17:03

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Özbəkistana səfərə dəvət edib.

Milli.Az xəbər verir ki, Şavkat Mirziyoyevin İlham Əliyevə Zəfər Günü münasibətilə göndərdiyi təbrik məktubunda bu barədə qeyd olunub.

Şavkat Mirziyoyev İlham Əliyevi bu ölkədə keçiriləcək Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşünə dəvət edib.

Milli.Az