Ertem Şener Bakıya gəldi - FOTO

4 Noyabr 2025 16:00

Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener Bakıya gəlib.

Milli.Az xəbər verir ki, o, TVNET platformasının təşkilatçılığı ilə "Qarabağ" - "Çelsi" oyunu üçün ölkəmizdə olacaq. 

Şener 4,5,6 noyabr tarixlərində TVNET SPORT və SPORT TV ekranlarında canlı analizlər edəcək. Matçdan öncə də qarşılaşma ilə bağlı xüsusi söhbətlər olacaq. 

Ertem Şener-in gəlişinə TVNET platformasından izləyicilərə özəl hədiyyə də olacaq.

Milli.Az