Müsəlman namizəd irəlidədir: Trampdan sərt xəbərdarlıq

4 Noyabr 2025 12:10

ABŞ-da Nyu-York şəhər meri seçkiləri öncəsi gərginlik artır. Sorğular Demokrat Sosialist Partiyasının müsəlman namizədi Zöhran Məmdaninin seçkilərdə açıq fərqlə öndə olduğunu göstərir. Məmdani keçmiş Nyu-York qubernatoru Endryu Kuomoya qarşı iki rəqəmli üstünlük əldə edib.

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp isə seçkiyə saatlar qalmış sərt açıqlama ilə çıxış edib. O, Məmdanini "kommunist ruhi xəstə" adlandıraraq bildirib:

"Əgər kommunist namizəd Məmdani qalib gələrsə, Nyu-Yorka minimum məbləğdən artıq federal maliyyələşdirmə təmin etməyəcəyəm. Kommunist rəhbərlik altında şəhərin uğur qazanmaq şansı yoxdur" .

Trampın bu çıxışı Nyu-York siyasətində son illərin ən gərgin seçki atmosferini yaradıb.

Sorğulara görə, Zöhran Məmdani səslərin 56 faizini toplayaraq Kuomodan 12 faiz bəndi irəlidədir. O, qalib gələcəyi təqdirdə Nyu-Yorkun ilk müsəlman və Cənubi Asiyalı meri olacaq.

Fidan
Milli.Az