Rusiyada daha bir güclü zəlzələ oldu - Yenilənib

4 Noyabr 2025 13:50

Rusiyanın Kamçatka bölgəsində 5.7 bal gücündə daha bir zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ Moskva vaxtı ilə saat 9:28-də (Bakı vaxtı ilə 10:28-də - red. ) Petropavlovsk-Kamçatskidən 154 km aralıda baş verib.

xxx

Kamçatka bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 168 kilometr uzaqlıqda, 50,4 kilometr dərinlikdə yerləşib.

Kənan
Milli.Az