ChatGPT artıq bu sualların cavabını verə bilməyəcək

4 Noyabr 2025 08:23

OpenAI ChatGPT üçün inqilabi hesab olunan yeni qaydalar tətbiq edib. 29 oktyabr tarixindən etibarən qüvvəyə minən bu dəyişikliklərə görə, ChatGPT artıq dərman adları və dozası barədə məlumat verə, məhkəmə ərizələri (iddia ərizələri) hazırlaya və ya investisiya məsləhəti təqdim edə bilməyəcək.

Milli.Az xəbər verir ki, OpenAI tərəfindən edilən bu yeniləmələrlə ChatGPT-nin tibbi, hüquqi və maliyyə sahələrində birbaşa məsləhət verməsi qadağan olunub.

Artıq ChatGPT:

Bu qərarın əsas məqsədi ChatGPT-nin ixtisaslı mütəxəssislərin yerini almasının qarşısını almaq və istifadəçilərin yanlış yönləndirilməsi riskini azaltmaqdır.

Bundan sonra ChatGPT bu sahələrdə məsləhətçi kimi deyil, yalnız ümumi məlumat verən və tədris məqsədli alət kimi fəaliyyət göstərəcək.

İstifadəçilərə isə tibbi, hüquqi və ya maliyyə məsələlərində mütəxəssis - həkim, vəkil və ya maliyyə məsləhətçisi ilə əlaqə saxlamaq tövsiyə olunacaq.

Bu addım OpenAI-nin süni intellekt texnologiyalarını daha etibarlı və məsuliyyətli şəkildə yönləndirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Lalə Qüdrətova
Milli.Az