Xəbər verdiyimiz kimi, ötən gün gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Milli.Az unikal-a istinadla bildirir ki, hadisə zamanı həlak olanlardan biri 11-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü İsbi Alıyevdir.
Onu da qeyd edək ki, mərhum İ.Alıyevin əmisi oğlu Qəşəm Alıyev bir neçə gün əvvəl həyatını itirib.
Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Qəşəm Alıyevin meyiti oktyabrın 18-də kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib.
Milli.Az