Müğənni Niyam Salami formada qalma sirrini bölüşüb.
Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" proqramında yeməyinə diqqət etmədiyini deyib.
"Talış adamam, gecə saat 3-4-də aş yeyirəm. Amma idman edirəm. Həftədə 3 dəfə idman etməsəm, formada qala bilmərəm" deyə, Niyam əlavə edib.
Sənətçi daha sonra tıxaclardan danışıb. O bildirib ki, səhər verilişə vaxtında çatmaq üçün hoteldə qalıb:
"Məsuliyyətli adamam. Səhər verilişə vaxtında gəlmək üçün gecə şəhərdə oteldə qalmışam". (Axşam.az)
Milli.Az