Kanalizasiya sisteminə 21,6 mln. manat ayrıldı

3 Noyabr 2025 19:02

Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı hazırlıqlar başa çatdırılıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentliyin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqları yekunlaşdırıb və tikinti işlərinin icrası "Azərsutəchizattikinti" ASC-yə həvalə olunub.

ASC isə tiktini işlərinin həyata keçirilməsinə görə ADSEA-ya 21 milyon 600 min manat ödəniş təklif edib.

Yaxın vaxtlarda şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. 

Milli.Az