Bakının mərkəzi küçəsindəki radarlar çəkməyə başladı - FOTO

3 Noyabr 2025 11:24

Bakının mərkəzindəki radarlar işə düşməyə başlayıb.

Milli.Az-ın məlumatına görə Ağ Şəhər bulvarına quraşdırılan radarlar artıq işə salınıb. Belə ki, artıq bu ərazidən 60 km/saat sürətdən yüksək sürətlə hərəkət edənlər cərimələnirlər.

Qeyd edək ki, sözügedən ərazidə radarlar uzun müddətdir mövcud olsa da, nə sürət həddi təyin olunmuşdu, nə də cərimə yazılırdı.

İsmayıl
Milli.Az