4 gün partlayış səsləri gələcək - Təşvişə düşməyin!

3 Noyabr 2025 10:07

Pirəkəşkül və Ağdərədə köhnə döyüş sursatları məhv ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları 3-7 noyabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək.

Nazirlik bildirib ki, sursatların məhv edilməsi təhlükəsizlik qaydalarına tam riayət olunmaqla aparılacaq. Partlayış səsləri ilə əlaqədar əhalinin təşvişə düşməməsi xahiş olunur, narahatlığa əsas olmadığı vurğulanıb.

Milli.Az