12:40
Rusiyanın Kamçatka bölgəsində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb. Seysmik hadisə regionun paytaxtında hiss olunub.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə saat 11:10-da Petropavlovsk-Kamçatskidən 154 kilometr məsafədə baş verib. Zəlzələnin episentri 22.3 km dərinlikdə yerləşib.
10:16
Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 397 kilometr məsafədə baş verib. Zəlzələnin episentri 42,5 kilometr dərinlikdə yerləşib.
Qeyd edilib ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının Uzaq Şərq şöbəsinin Vulkanologiya və Seysmologiya İnstitutu Kamçatka bölgəsinin bəzi hissələrində 10 bala qədər zəlzələ ehtimalı barədə xəbərdarlıq etmişdi.
Fidan
Milli.Az