Gecə güclü zəlzələyə oyandılar - Xeyli ölən var

3 Noyabr 2025 09:40

Əfqanıstanda güclü zəlzələ olub.

Milli.Az xəbər verir ki, Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələ azı 20 nəfərin ölümünə səbəb olub, ölkənin ən tanınmış məscidlərindən biri Məzar-i-Şərifdəki Göy Məscid ciddi zərər görüb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin bazar ertəsi səhər tezdən, şimalın ən sıx məskunlaşmış şəhərlərindən olan Məzar-i-Şərif yaxınlığında, 28 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Hadisə zamanı minlərlə ailə yuxudan ayılaraq evlərini tərk edib. Əfqanıstan Müdafiə Nazirliyi axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib. Nazirlik tərəfindən yayılan görüntülərdə uçqun altından bir uşağın çıxarıldığı anlar əks olunub, lakin onun sağ qalıb-qalmadığı barədə məlumat verilməyib.

Hazırda xilasetmə işləri davam edir, dağıntılar altından insanların çıxarılması üçün yerli hakimiyyət və beynəlxalq təşkilatlar səfərbər olunub.

İsmayıl
Milli.Az