Cins şalvarınızı yuymazdan əvvəl bunu edin – illərlə yeni kimi qalsın!

6 Noyabr 2025 06:36

Yeni aldığınız cins şalvarın bir neçə yuyulmadan sonra solub sərtləşməsindən bezmisiniz?

Milli.Az xəbər verir ki, problemin həlli nə bahalı yuyucu vasitələrdə, nə də xüsusi proqramlarda deyil. Paltartyuyanı işə salmamışdan əvvəl edəcəyiniz sadə və cəmi 10 saniyəlik bir addım, cins şalvarlarınızı uzun müddət yeni kimi saxlayır. Lazım olan isə sadəcə mətbəxdəki adi sirkədir.

Niyə cins şalvar tez solur və sərtləşir?

Cins parçası həm dözümlü, həm də həssas struktura malikdir. Tez-tez yuma, yüksək temperatur və kimyəvi tərkibli toz yuyucu vasitələr:

Xüsusilə 30°C-dən yüksək temperatur və ağardıcı tərkibli yuyucu vasitələr boyanın tez solmasına səbəb olur.

Tekstil mütəxəssisləri bildirir ki: "Cins şalvar hər geyimdən sonra deyil, bir neçə istifadədən sonra yuyulmalıdır. Yuma zamanı tərs çevrilməli və az miqdarda yuyucu toz istifadə olunmalıdır."

Sirkə:

Rəngi sabitləşdirir, boyanın axmasının qarşısını alır

Yuyucu toz qalıqlarını zərərsizləşdirir, parça sərtləşmir

Yuyulduqdan sonra yaranan nəm və xoşagəlməz qoxunu aradan qaldırır

Cinsi yuyarkən sirkədən necə istifadə etməli?

Paltaryuyanın yumuşaldıcı bölməsinə yarım stəkan (100 ml) sirkə əlavə edin.

Cins şalvarı tərs çevirin.

30°C-də və həssas yuma proqramında yuyun.

Yuduqdan sonra şalvarı birbaşa günəş altında yox, kölgədə qurudun.

Lalə Qüdrətova
Milli.Az